İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.
"İsrail Müdafiə Ordusu elan edir ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib", - məlumatda qeyd olunub.
İsrail ordusu vurğulayıb ki, Laricani uzun illər boyu İran rəhbərliyindəki ən nüfuzlu şəxsləlrdən biri hesab edilib və ali rəhbər Əli Xameneinin yaxın silahdaşı olub. Xameneinin ölümündən sonra Laricani faktiki olaraq İranın lideri olub və İsrailə, eləcə də regionun bir sıra ölkələrinə qarşı döyüş əməliyyatlarına rəhbərlik edib.
"O, milli təhlükəsizliyə nəzarət edirdi və müttəfiq strukturlarla qarşılıqlı əlaqələr də daxil olmaqla, beynəlxalq fəaliyyəti idarə edirdi. İrandakı son hökumət əleyhinə etirazlar zamanı Laricani sərt repressiyaların təşəbbüskarı olmuş və etiraz iştirakçılarına kütləvi divan tutulmasına şəxsən nəzarət edib. Onun ölümü "Nərildəyən şir" əməliyyatı zamanı İranın onlarla yüksək rütbəli komandirinin və liderinin aradan qaldırılması üzrə fəaliyyətlərin davamı oldu və Tehranın İsrailə qarşı düşmənçilik hərəkətlərini koordinasiya etmək imkanlarına ciddi zərbə vurur", - ordunun yaydığı məlumatda vurğulanıb.
AzNews.az