Hakan Fidan və Lavrov arasında telefon danışığı olub

17 Mart 2026 19:17 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb

Görüş zamanı regionda müharibənin ən qısa müddətdə sona çatması və danışıqlar masasına qayıtması üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Hakan Fidan müharibənin uzanmasının həm region ölkələri, həm də beynəlxalq nizam üçün yaratdığı risklərə diqqət çəkib.

Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son hadisələrin də müzakirə olunduğu görüşdə Fidan Türkiyənin Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb.

Fidan və Lavrov enerji təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə ediblər.

Mövsüm,

AzNews.az