İran səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür etdi

18 Mart 2026 09:58 (UTC+04:00)

Bu, Azərbaycanın İrana göndərdiyi sayca ikinci humanitar yardımdır.

Aznews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

Səfir Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Azərbaycan belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı-qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır, çətin vəziyyətdə bir-birimizə kömək edirik. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardım edilməsi müsbət addımdır”.