Almaniya kansleri Aİ-yə qarşı daha müstəqil siyasəti dəstəkləyir

18 Mart 2026 13:46 (UTC+04:00)

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının fəaliyyətindən narazılığını getdikcə daha açıq şəkildə ifadə edir və Brüssellə razılaşdırılmadan daha müstəqil siyasətin tərəfdarı kimi çıxış edir.

Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Merz ötən ilin may ayında vəzifəyə gəldikdən sonra Aİ-nin yavaş işləyən bürokratik mexanizmini tənqid edir və bu sistemin Almaniyanın inkişafını məhdudlaşdırdığını düşünür.

Kanslerin mövqeyi xüsusilə Vaşinqtona səfəri zamanı da özünü göstərib. O, ABŞ prezidenti Donald Trampın İspaniyanın müdafiə xərcləri ilə bağlı tənqidlərini dəstəkləyib və Aİ üzrə müttəfiqi müdafiə etməyib.

Daha sonra Merz Trampın İspaniyanın müdafiə xərclərində geri qaldığı ilə bağlı fikirlərini təkrar edib

Mövsüm,

AzNews.az