ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığında yerləşən İranın raket bazalarına hava zərbələri endirildiyini açıqlayıb.
Qurumun yaydığı məlumata görə, ABŞ qüvvələri İranın sahil xətti boyunca yerləşən bu obyektləri “çoxsaylı dərin nüfuzetmə qabiliyyətli sursatlarla” hədəfə alıb.
Açıqlamada bildirilib ki, sözügedən bazalarda yerləşən gəmiəleyhinə qanadlı raketlər Hörmüz boğazında beynəlxalq dəniz daşımaları üçün təhlükə yaradır.
Mövsüm,
AzNews.az