İsrail İranın ən böyük qaz emalı obyektinə zərbə endirib

18 Mart 2026 16:24 (UTC+04:00)

İsrail Hərbi Hava Qüvvələrinin İranın cənub-qərbində yerləşən ən böyük təbii qaz emalı müəssisəsinə zərbə endirdiyi iddia olunur.

Axios jurnalisti Barak Ravidin məlumatına görə, İsraildən yüksək vəzifəli bir rəsmi bildirib ki, hücum ABŞ-la koordinasiya və razılaşma əsasında həyata keçirilib.

Mənbənin sözlərinə görə, zərbənin hədəfi İranın əsas enerji infrastruktur obyektlərindən biri olub.

Bundan əvvəl İran dövlət mediası Cənubi Pars qaz yatağının bəzi hissələrinin və Əsəluye şəhərində yerləşən obyektlərin ABŞ-İsrail hücumu nəticəsində vurulduğunu açıqlamışdı.

Mövsüm,

AzNews.az