İranda İsveç vətəndaşı edam edilib.
Aznews.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard deyib.
“İsveç Aİ ölkələri ilə birlikdə ölüm cəzasının bütün hallarda tətbiqini pisləyir”, - nazir bildirib.
Edam edilən şəxsin kimliyi açıqlanmasa da, onun İran-İsveç ikili vətəndaşlığı olan Həbib Fərəcullah Çəb olduğu güman edilir.