Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 608,6 milyon manat məbləğində xidmət göstərib.
Aznews.az xəbər verir ki, Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
İki ayda xidmətlərin 67,7%-ni əhali istehlak edib.
Xidmətlərdən əldə edilən gəlirin 205,3 milyon manatı və ya 33,7%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.