BTC ilə neftin nəqli 8%-dən çox azalıb

18 Mart 2026 17:40 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 4 055,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 8,5% azdır.

Aznews.az xəbər verir ki, hesabat dövründə Azərbaycanda maqistral neft kəmərləri üzrə nəqletmənin 77%-i BTC-nin payına düşüb.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-ni və ya 3 368,7 min tonunu Azərbaycanda hasil edilən neft (9,4% azalma), 16,9%-nii və ya 686,4 min tonunu (3,5% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.