Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb

18 Mart 2026 17:42 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp müttəfiq ölkələri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb.

Aznews.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

“ABŞ-ın müttəfiqləri hərəkətə keçməli, addım atmalı və Hörmüz boğazının açılmasına kömək etməlidir”, - Tramp vurğulayıb.