XİN: Azərbaycan İranın verdiyi təminatların yerinə yetiriləcəyinə ümid edir

19 Mart 2026 11:07 (UTC+04:00)

Azərbaycan martın 5-də Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumlarla bağlı hadisənin ərtərəfli araşdırma aparılacağına dair İranın verdiyi təminatların yerinə yetiriləcəyinə və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görüləcəyinə ümid edildiyini qeyd edib.

Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterli görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün legitim vasitələrlə nümayiş etdirərək operativ və qətiyyətli şəkildə cavab verib.