Rubio və Heqsetin yaşadıqları yerin üzərindən naməlum dronlar uçdu

19 Mart 2026 11:21 (UTC+04:00)

ABŞ-ın dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqsetin yaşadıqları hərbi bazanın üzərində naməlum dronlar aşkarlanıb.

Bu barədə “The Washington Post“ anonim mənbəyə istinadən xəbər verib.

Bildirilib ki, “Fort McNair” bazası üzərindəki dronlar ABŞ administrasiyasını Rubio və Heqsetin yaşayış yerlərini dəyişməklə bağlı variantı nəzərdən keçirməyə sövq edib.

Buna baxmayaraq, sözügedən rəsmilərin yaşayış yerləri hələlik dəyişdirilməyib.

Bildirilib ki, İranla müharibə fonunda ABŞ ordusu təhdidləri daha yaxından izləyir.

“Müharibə Departamenti təhlükəsizlik səbəbindən Heqsetin hərəkətləri haqqında şərh vermir və bu haqda xəbərlər yaymaq böyük məsuliyyətsizlikdir”, - Pentaqon sözçüsü Şan Parnell vurğulayıb.