ABŞ: İranda 7800-dən çox hədəfə zərbə endirilib

19 Mart 2026 12:23 (UTC+04:00)

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı "Epik Qəzəb" əməliyyatı ilə bağlı yenilənmiş məlumat yayıb.

Mərkəzi Komandanlıq (CENTCOM) 28 fevralda başlayan əməliyyatda indiyə qədər 7800-dən çox hədəfin vurulduğunu açıqlayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri 8000-dən çox uçuş həyata keçirib və 120-dən çox İran hərbi gəmisi qismən və ya tamamilə sıradan çıxarılıb.

Əməliyyatda nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmilər və sualtı qayıqlar, B-1, B-2 və B-52 bombardmançı təyyarələri və qırıcı təyyarələr də daxil olmaqla çox sayda hərbi aktivin iştirak etdiyi bildirilir.

Mövsüm,

AzNews.az