İran BƏƏ-dən təzminat tələb edir

19 Mart 2026 12:37 (UTC+04:00)

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrı məktublarda Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin öz ərazilərinin İrana qarşı hücumlar üçün istifadəsinə icazə verdiyini bildirib.

Dövlət mediası bu barədə məlumat yayıb.

Əmir Səid İrəvani məktublarında bildirib ki, İrana silahlı hücumlar təşkil etmək və ya dəstəkləmək üçün istifadə edilən istənilən hərbi baza və ya obyekt özünümüdafiə hüququ çərçivəsində qanuni hərbi hədəf hesab edilə bilər. O, əlavə edib ki, İran daha çox itki və zərərin qarşısını almaq üçün lazımi tədbirlər görmək hüququnu özündə saxlayır.

İrəvani həmçinin yazıb ki, BƏƏ-nin öz ərazisindən ABŞ hücumlarına icazə verməkdəki iddia edilən rolu beynəlxalq məsuliyyətə səbəb olub və İrana dəyən bütün maddi və mənəvi zərərin ödənilməsi də daxil olmaqla, təzminat tələb edib.

Mövsüm,

AzNews.az