ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək onu Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat yayıb.
Onun sözlərinə görə, Tramp məktubda Qazaxıstan liderini ilin sonuna planlaşdırılan G20 sammitində və növbəti “Sülh Şurası” iclasında görmək istədiyini bildirib.
Smadiyarov əlavə edib ki, ABŞ prezidenti əvvəlki görüşə görə Tokayevə təşəkkürünü də ifadə edib. Məktubun digər detalları açıqlanmayıb.
Mövsüm,
AzNews.az