İranda ölkə üzrə tətbiq edilən internet məhdudiyyətləri 20-ci gününə daxil olub.
NetBlocks təşkilatının məlumatına görə, ölkə əhalisi artıq 456 saatdan çoxdur beynəlxalq internetə çıxışdan məhrum qalıb.
Qurum bildirir ki, bu hadisə İran tarixində qeydə alınan ən uzunmüddətli internet kəsintisidir və yanvar ayında etirazlar zamanı tətbiq edilən blokadanı da geridə qoyub.
Məlumatlara əsasən, ölkədə internet bağlantısı əvvəlki günlərdə də kəskin şəkildə məhdudlaşdırılıb və bəzi hallarda normal səviyyənin cəmi 1 faizi həcmində qalıb.
Mövsüm,
AzNews.az