Dövlət sirrini yayan əcnəbiyə hökm oxundu

19 Mart 2026 14:41 (UTC+04:00)

Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşı Əsgər Cəfərzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış (DTX) cinayət işi üzrə o, 3 il müddətə azadlıqdan məhrum edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə hökm Nizami Rayon Məhkəməsində elan olunub.

Hökmə əsasən, həmçinin o, 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilib.

Qeyd edək ki, Əsgər Cəfərzadə DTX tərəfindən saxlanılıb. O, AR Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham olunur.

AzNews.az