Britaniya Hörmüz boğazı ilə bağlı planlama üçün ABŞ-ə hərbi mütəxəssislər göndərib

19 Mart 2026 14:49 (UTC+04:00)

Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı strategiyanın hazırlanması üçün ABŞ-ə kiçik hərbi planlaşdırma qrupu göndərib.

Bu barədə “The Times qəzeti” Britaniya Müdafiə Nazirliyinin brifinqinə istinadən məlumat yayıb.

Məlumata görə, ekspertlər qrupu boğazın minalanması ehtimalı fonunda gəmilərin təhlükəsiz keçidinin təmin olunması üçün müxtəlif variantlar üzərində işləyir.

Bildirilir ki, Britaniya hərbi rəhbərliyi, o cümlədən Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Qvin Cenkins amerikalı rəsmilərə bir sıra mümkün planlar təqdim edib.

Eyni zamanda qeyd olunur ki, London mövcud risklər səbəbindən münaqişə dövründə Kral Donanmasının gəmilərini müşayiət missiyası üçün göndərməyə ehtiyatla yanaşır.

Mövsüm,

AzNews.az