İranla müharibənin bitməsi ilə bağlı dəqiq vaxt cədvəli yoxdur - Heqset

19 Mart 2026 16:46 (UTC+04:00)

İranla müharibənin bitməsi ilə bağlı dəqiq vaxt cədvəli yoxdur.

Aznews.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib.

O bildirib ki, bu, ABŞ Prezidentinin qərarından asılı olacaq. Belə ki, Amerika xalqının təhlükəsizliyi tam təmin olunduğu təqdirdə, müharibənin bitməsi barədə danışmaq olar.

“Təyin olunmuş bir vaxt cədvəli yoxdur, yolumuzda irəliləyirik”, - Heqset qeyd edib.