Estoniya Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb

19 Mart 2026 17:01 (UTC+04:00)

Estoniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanının pozulması iddiası ilə bağlı Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq etirazını bildirib.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, martın 18-də Rusiyaya məxsus Su-30 qırıcı təyyarəsi Vayndlu adası yaxınlığında Estoniyanın hava məkanını pozaraq təxminən bir dəqiqə orada qalıb.

Nazir qeyd edib ki, insidentə NATO-nun Baltik ölkələri üzrə hava patrul missiyası operativ reaksiya verib. Hədəfin müəyyənləşdirilməsi və müşayiəti üçün İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr cəlb olunub.

Mövsüm,

AzNews.az