İran İsraildə neft emalı zavodu və elektrik yarımstansiyasına zərbə endirib

19 Mart 2026 19:38 (UTC+04:00)

İran qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna və elektrik yarımstansiyasına raket zərbəsi endirib.

Aznews.az xəbər verir ki, Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail KİV-ləri raket qalıqlarının şəhər ərazisinə düşdüyünü təsdiqləyib. Məlumata görə, Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.