QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

20 Mart 2026 11:32 (UTC+04:00)

Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, tərəflər bir-biri ilə danışıb razılaşsınlar.

Aznews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Gec-tez razılığa gələcəklər, amma o vaxtacan insanlar əziyyət çəkəcək. Ona görə, çağırışım odur ki, tezliklə razılığa gəlsinlər".