Ernesto Valverde mövsümün sonunda "Atletik"in baş məşqçisi vəzifəsini tərk edəcək

20 Mart 2026 17:50 (UTC+04:00)

İspaniyanın "Atletik" komandasının baş məşqçisi Ernesto Valverde mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.

Aznews.az xəbər verir ki, təcrübəli mütəxəssis qərarını bir müddətdir düşündüyünü və rəhbərliklə müzakirə etdiyini bildirib.

O, açıqlamasında azarkeşlərə müraciət edərək növbəti mövsümdən etibarən komandaya rəhbərlik etməyəcəyini deyib.

Qeyd edək ki, Ernesto Valverde "Atletik"də üçüncü dəfədir çalışır. O, 2003–2005 və 2013–2017-ci illərdə də komandaya rəhbərlik edib, 2022-ci ildə isə yenidən kluba qayıdıb.

Valverde Bilbao təmsilçisi ilə 2015/2016 mövsümündə İspaniya Superkubokunu, 2023/2024 mövsümündə isə ölkə kubokunu qazanıb.