Şamaxının Dəmirçi kəndində Novruz bayramı qeyri-adi formada qeyd edilir.
"Report"un əməkdaşları bayram ərəfəsində Dəmirçi kəndinin özünəməxsus Novruz adətləri ilə tanış olub.
Belə ki, bu kənddə bayram axşamı qəbiristanlığa gedilərək ölülər ziyarət edilir. Evlərdə bayram üçün şəkərbura, paxlava və digər bayram şirniyyatları ilə yanaşı, məhz Dəmirçi kəndinə məxsus şəkərçörəyi də bişirilir. Kənd sakinləri deyirlər ki, şirniyyatın hazırlanma qaydasını yalnız bu kənddə yaşayanlar bilirlər.
Daha ətraflı videoreportajı təqdim edirik: