Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2005-ci il təvəllüdlü A.Niftəliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.