ABŞ-də yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

21 Mart 2026 14:54 (UTC+04:00)

Azərbaycanın ABŞ-dəki Səfirliyi tərəfindən Nyu York və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.

Aznews.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Məlumata görə, 30-dan çox şəxs ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət edib.