Rusiya iki istiqamətdən Donetskə hücum edir

22 Mart 2026 10:24 (UTC+04:00)

Rusiya qoşunları 2026-cı ilin yaz-yay mövsümü üçün planlaşdırılmış hücumu Ukraynanın Donetsk vilayətində yerləşən əsas müdafiə xətti – “qalalar zolağı”na qarşı başladıb.

UNİAN bildirir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat veriblər.

Hesabatda qeyd olunur ki, Rusiya qoşunları Liman istiqamətində quru əməliyyatlarına başlayaraq şimal-şərqdən Slavyansk şəhərinə doğru irəliləməyi hədəfləyir: “ Bu addım ehtimal ki, növbəti mərhələlərdə Slavyanska şərq və cənub-şərqdən hücum üçün şərait yaratmağa xidmət edir.”

Liman Slavyanska gedən yolda əsas dayaq məntəqəsi hesab olunur və həm Slavyanskın, həm də Kramatorskun ələ keçirilməsi üçün Rusiya qüvvələri üçün dayaq nöqtəsi rolunu oynaya bilər.

Analitiklər bildirirlər ki, Rusiya qoşunları eyni zamanda Kramatorsk və Konstantinovka istiqamətlərində də quru əməliyyatlarını gücləndirmək üçün şərait yaradır. Məqsəd “qalalar zolağı”na cənubdan hücum etməkdir.

Yəni sadə dildə desək: Rusiya yalnız bir istiqamətdən deyil, həm şimal-şərqdən (Liman tərəfdən), həm də cənubdan (Kramatorsk və Konstantinovka istiqamətlərindən) hücumu genişləndirməyə çalışır. Bu isə Ukraynanın əsas müdafiə xəttini bir neçə tərəfdən sıxışdırmaq strategiyasıdır.