İran daha bir müharibə cinayəti törətdi: Təl-Əvivə qarşı qadağan olunmuş silah tətbiq olundu

22 Mart 2026 17:54 (UTC+04:00)

İranın İsrailə qarşı hücumları davam edərkən Tel-Əviv ətrafında kaset başlıqlı raket zərbələri nəticəsində bir neçə nəfər yaralanıb.

The Times of Israel-in verdiyi məlumata görə, hücum zamanı raketin tərkibində olan çoxsaylı kiçik partlayıcılar geniş əraziyə səpələnərək müxtəlif nöqtələrdə ziyan yaradıb. Kaset sursatları geniş əraziyə təsir göstərdiyi və partlamamış qalıqları ilə əlavə təhlükə yaratdığı üçün mülki əhali üçün xüsusilə riskli hesab olunur.

Son hadisələr ABŞ-İsrail və İran arasında davam edən müharibənin daha da şiddətləndiyini göstərir. Münaqişə fonunda həm mərkəzi, həm də şimal bölgələrində hücumlar intensivləşir və mülki itkilər artmaqda davam edir.

İsrail Yanğından Mühafizə Xidmətinin məlumatına görə, bazar günü Tel-Əviv bölgəsinə İranın raket hücumu nəticəsində 15 nəfər yaralanıb.

Təcili yardım xidmətinin rəsmiləri bildirib ki, yaralılardan birinin vəziyyəti orta ağırdır, digərlərinin isə yüngül xəsarət aldığı bildirilir.

İsrail Yanğından Mühafizə Xidmətinin məlumatına görə, İsrailin mərkəzində bir neçə oxşar hadisə baş verib, o cümlədən Tel-Əvivdə bir avtomobilin vurulması və binaya dəyməsi. Rəsmilər bildiriblər ki, ətraf şəhərlərdə bir neçə yerə də zərbələr endirilib.

AzNews.az