Rusiyada zəlzələ baş verib

22 Mart 2026 22:48 (UTC+04:00)

Rusiyanın Stavropol diyarında 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Pyatiqorsk şəhərindən 33 km şimal-şərqdə və Georqiyevsk şəhərindən 2 km cənub-qərbdə olub. Təkanların ocağı 5 km dərinlikdə yerləşib.