Bakıda sərnişin avtobusu qəza törətdi

19 Sentyabr 2013 13:56 (UTC+04:00)
Bakıda sərnişin avtobusu qəza törədib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 38 saylı xətt üzrə hərəkət edən "DAEWOO markalı sərnişin avtobusu "Shacman" markalı yük avtomobili toqquşub.

Xəsarət alanların olub-olmaması məlum deyil.

AzNews.az