Fernandes de Kossio: Kuba ABŞ ilə hərbi toqquşmaya hazırdır

22 Mart 2026 23:20 (UTC+04:00)

Kuba ehtimal az da olsa, ABŞ ilə hərbi toqquşmaya hazırdır.

Aznews.az xəbər verir ki, bu barədə Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio "NBC" telekanalına müsahibəsində bildirib.

"Ölkəmiz tarixən həmişə hərbi təcavüz halında vahid bir qurum olaraq səfərbər olmağa hazır olub. Biz bunun ehtimal olunan ssenari olduğunu düşünmürük, amma hazırlıq görməmək sadəlövhlük olardı", - de Kossio bildirib.

Tramp administrasiyasının Kuba Prezidenti Migel Dias-Kaneli hakimiyyətdən uzaqlaşdırmaq istədiyi barədə əvvəllər də məlumatlar yayılmışdı.

De Kossio həmçinin bildirib ki, Kuba hökumətinin xarakteri, strukturu və ya tərkibinin ABŞ ilə danışıqlar mövzusu ola biləcəyi ilə bağlı hər hansı bir fikir doğru deyil.

AzNews.az