Oğul anasını qətlə yetirdi

23 Mart 2026 10:05 (UTC+04:00)

Bu gün səhər 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.