İran Körfəzi minalayacağı ilə hədələdi

23 Mart 2026 13:41 (UTC+04:00)

"Əgər İranın sahilləri və ya adaları təhdid altına düşsə, Fars körfəzində əsas su yolları minalana bilər".

Aznews.az xəbər verir ki, bu barədə İranın Müdafiə Şurası bildirib.

Qeyd edilib ki, bu, yalnız Hörmüz boğazının deyil, bütün bölgənin bloklanmasına səbəb olacaq.

"İran xəbərdarlıq edir ki, belə minaların təmizlənməsi keçmiş təcrübəyə əsaslanaraq son dərəcə çətindir", - məlumatda vurğulanıb.