Fransanın sabiq Baş naziri vəfat edib

23 Mart 2026 13:45 (UTC+04:00)

Fransanın Sosialist Partiyasından olan sabiq Baş naziri Lionel Jospin 88 yaşında vəfat edib

Bu barədə BFM telekanalı məlumat yayıb.

Jospin 1997–2002-ci illərdə sağ-mərkəzçi prezident Jak Şirak dövründə hökumətə rəhbərlik edib.

2002-ci ildə Jospin Fransa prezidentliyinə namizəd olub, lakin sensasion şəkildə ikinci tura keçə bilməyib.