Morninqstar Azərbaycanın ÜTT-yə üzv olmasından danışdı

19 Sentyabr 2013 14:07 (UTC+04:00)




ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını tam şəkildə dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə USAİD-in "Azərbaycanda Rəqabət və Ticarət" layihəsinin tamamlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

O, Azərbaycan hökumətinin ÜTT-yə üzv olmaq istiqamətində əldə etdiyi uğurları xüsusi qeyd edib: "Bu məqsədə nail olmaq üçün 30-dan çox qanunverici və inzibati prosedur layihələndirilib və təsdiqlənib".

Azərbaycanın danışıqlarda göstərdiyi yeni enerjini dəstəklədiyi qeyd edən səfir ikitərəfli danışıqların yaxın zamanlarda bitməsinə ümid etdiyini vurğulayıb: "ÜTT-yə üzvlük qeyri-enerji sektorunun inkişafına çox böyük köməklik edər".

AzNews.az