Axios: ABŞ ilə İran arasında danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçilik edir

23 Mart 2026 18:22 (UTC+04:00)

Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında danışıqlarda vasitəçilik edir.

Aznews.az xəbər verir ki, Bu barədə “Axios” xəbər verib.

Qeyd edilib ki, Türkiyə, Misir və Pakistanın yüksək vəzifəli rəsmiləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.

Həmçinin qeyd olunub ki, son iki gün ərzində Türkiyə, Misir və Pakistan gərginliyi azaltmaq məqsədilə ABŞ ilə İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.