ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İran dövlət mediasının Tehranın ABŞ ilə danışıqlar apardığına dair məlumatları təkzib etməsinə münasibət bildirib.
Aznews.az xəbər verir ki, Bu barədə “Fox Business” xəbər verib.
Tramp danışıqların dünən gecə Stiv Uitkoff və Jared Kuşner ilə İranın qarşı tərəfdəki həmkarları arasında baş tutduğunu vurğulayıb.
“İranın elektrik infrastrukturu ilə bağlı zərbələrin dayandırılması və ya təxirə salınması üçün beş gün vaxt qoymuşam. Bu, daha tez də baş verə bilər. Amma mən beş gün müddət təyin etmişəm”, - ABŞ lideri fikrini yekunlaşdırıb.