ABŞ və İran arasında prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun və kürəkəni Cared Kuşnerin iştirakı ilə çox ciddi danışıqlar aparılıb".
AzNews.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İran tərəfinin yalanla bağlı ittihamlarını şərh edərkən deyib.
"Onlar daha səriştəli ictimaiyyətlə əlaqələr mütəxəssisləri işə götürməli olacaqlar... Bizim çox ciddi danışıqlarımız olub. Onları cənab Uitkoff və cənab Kuşner aparıblar. Hər şey, mən deyərdim ki, ideal keçib", - deyə Tramp vurğulayıb.
KİV-də yayılan başqa bir məlumata görə isə, Tramp bu gün bildirib:
"Vaşinqton mənim ən hörmətli saydığım və lider hesab etdiyim şəxslə təmas saxlayır".
Daha sonra o, İranın yeni lideri barədə danışıb.
"Bu, Ali lider Müctəba Xamenei deyil, onun haqqında heç kim heç nə eşitməyib və biz onun sağ olub-olmadığını bilmirik. O, əlçatmazdır, onunla nə baş verdiyini heç kim bilmir. Mən onu lider hesab etmirəm. Mən İran liderinin öldürülməsini istəmirəm, hazırda heç kim bu vəzifəni tutmaq istəmir", - deyə Tramp qeyd edib.