İran körfəz dövlətlərini müharibəyə təhrik edir - Sabiq nazir

23 Mart 2026 20:58 (UTC+04:00)

"İranda faktiki olaraq hakimiyyəti ələ keçirən elit qrup hədəfinə- region ölkələrini müharibəyə cəlb etməyə -çox yaxınlaşıb".

Bu barədə sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov danışıb. O, bildirib:

"Fikrimi bir daha təkrarlamağa ehtiyac yoxdur ki, rəqiblərin sayının kritik dərəcədə artması İranda iqtisadi və mülki infrastrukturanın dağıdılmasını fəlakətli edəcək, sivilizasiyaya aid geriləmə isə tarixi baxımdan geri dönməz olacaq. Bunu ölkəsinin bəyan edilmiş maraqlarına xəyanət kimi izah etməkdən başqa yol görünmür.

Çox sıx, operativ koordinasiya “sifarişçilərlə” o deməkdir ki, ölkə daxilində bu kursa qarşı çıxanlara qarşı “öldürücü, hədəfli seleksiya” davam etdiriləcək. Fars Körfəzi ölkələrinin hərbi əməliyyatlara cəlb olunması taktikası artıq reallaşmağa çox yaxındır. Əgər bu baş verərsə, Səudiyyə Ərəbistanı və Qətərin müttəfiqləri, məsələn, Pakistan və Türkiyə, aktiv hərbi əməliyyatlarda iştirak etməyə məcbur olacaqlar. Bu ssenarinin İrandan baxanda tamamilə məntiqsiz olmasına baxmayaraq, daxili “sürünənləri” artıq dayandırmaq mümkün olmayacaq".