ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisində köhnəlmiş "Kvadrat" zenit-raket kompleksinin (ZRK) məhv edilməsini əks etdirən kadrlar yayımlayıb.
"1990-cı illərdə Şərqi Avropa ölkələrindən, ehtimal ki, Polşadan kiçik həcmdə alışlar həyata keçirilmişdi. Ukrayna ərazisindən də tədarüklərin olması istisna edilmir. Hazırda bu silah köhnəlmiş hesab olunur", — deyə bildirilib.
Qeyd olunur ki, "Kvadrat" Sovet istehsalı olan 2K12 "Kub" kompleksinin ixrac versiyasıdır.
Mövsüm,
AzNews.az