Dünya diqqətini Yaxın Şərqə yönəldib.
Fevralın 28-də başlayan ABŞ-İsrail-İran müharibəsi 25-ci günündə də davam edir.
Ətraf bölgələri alov halqasına bürüyən müharibədə bir-birinin ardınca yeni elanlar və qərarlar gəlir.
Bir çox ölkəyə yayılan və hədəf alan müharibə indi Çindən açıqlama verməyinə səbəb olub.
Çinin Təl-Əvivdəki səfirliyi təhlükəsizlik xəbərdarlığında İsrailə qarşı dron hücumlarının artan miqyası, tezliyi və intensivliyini vurğulayıb və bu hücumların nəticəsində insan və əmlak itkisi baş verdiyini bildirib.
Xəbərdarlıqda hücumlardan təsirlənən insanların sayının sığınacaqlara vaxtında çata bilmədikləri üçün artdığı qeyd edilib və vətəndaşların ölkəni mümkün qədər tez tərk etmələri lazım olduğu bildirilib.
Çin hökumətinin Misir sərhədindəki Taba Sərhəd Keçid Məntəqəsindən ölkəni tərk etmək istəyən vətəndaşlarının təxliyəsini təşkil edəcəyi barədə məlumatı özündə əks etdirən xəbərdarlıqda hazırda İsraildə yaşayan vətəndaşlara hava limanlarından, limanlardan, elektrik stansiyalarından, neft emalı zavodlarından və digər əsas infrastruktur obyektlərindən, eləcə də həssas hərbi ərazilərdən uzaq durmaları tövsiyə olunurdu.
İlkin hücumlardan sonra Çin hökuməti İrandakı Çin vətəndaşlarını ölkəni tərk etmələri barədə xəbərdar etsə də, İsraildəki Çin vətəndaşlarını ölkəni tərk etmələri barədə xəbərdar etməmiş, sadəcə bombalanma riski olan müəyyən ərazilərdən uzaq durmalarını tövsiyə etmişdi.
Mövsüm,
AzNews.az