İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

24 Mart 2026 13:08 (UTC+04:00)

İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını bəyan edib.

Aznews.az xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi yeri ötürüblər.

Loristan əyalətində 4 nəfər məlumat toplayıb, daha 2 nəfər isə Kirman əyalətində silah keçirməyə cəhd edib.