İran Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edib

24 Mart 2026 15:25 (UTC+04:00)

Məhəmməd Bağer Zülqədr İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Bu barədə dövlət televiziyası IRIB məlumat yayıb.

Telekanalın X sosial şəbəkəsində (əvvəllər Twitter) yayımladığı açıqlamada deyilir: “Ayətullah Müctəba Xameneinin təsdiqi və [İran prezidenti] Məsud Pezeşkianın əmri ilə Məhəmməd-Bağer Zülqədr Ali Milli Təhlükəsizlik Şurasında mərhum Əli Laricaninin yerinə keçib”.

Bundan əvvəl Zülqədr İranın ən yüksək məsləhət orqanı olan Məqsədyönlülük Müəyyənləşdirmə Şurasının katibi vəzifəsində çalışıb. O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunda (İİKK) komandanlıq vəzifələrində çalışıb. Zülqədr həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində də çalışıb.

Mövsüm,

AzNews.az