Livan İranın təyin olunmuş səfirinin təsdiqini ləğv edib və ona 29 mart tarixinə qədər ölkəni tərk etməyi tapşırıb.
Bu barədə Livanın LBCI agentliyi məlumat yayıb.
Hesabatda bildirilir ki, Livan Məhəmməd Rza Şeybanini arzuolunmaz şəxs elan edib və bu qərar barədə İranın müvəqqəti işlər vəkilini məlumatlandırıb.
Livan həmçinin Tehranın diplomatik normaları pozduğunu əsas gətirərək, İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Mövsüm,
AzNews.az