İran danışıqlarda mövqeyini sərtləşdirir: Tehrandan ABŞ-yə ağır şərtlər

24 Mart 2026 17:18 (UTC+04:00)

Tehrandakı üç yüksək rəütbəli mənbənin "Reuters" agentliyinə verdiyi məlumata görə, İran öz danışıqlar mövqeyini sərtləşdirib və müharibəni dayandırmaq üçün istənilən müzakirədə ABŞ-dan mühüm güzəştlər tələb edəcək.

İranın əsas tələbləri

​Mənbələr bildirib ki, İran gələcək hücumlara qarşı təminat, dəymiş zərərə görə kompensasiya və Hörmüz boğazı üzərində nəzarəti təmin etməyə çalışacaq. Eyni zamanda, Tehran öz ballistik raket proqramına hər hansı məhdudiyyət qoyulmasından imtina edəcək.

​Danışıqlar iddiaları təkzib olunur

​Mənbələr əlavə ediblər ki, ABŞ Prezidenti Donald Trampın müzakirələrin aparıldığı barədə açıqlamalarına baxmayaraq, tərəflər arasında hələlik heç bir birbaşa ABŞ-İran danışığı baş tutmayıb. İsrail rəsmiləri isə hər hansı razılaşmanın əldə olunmasını ehtimaldan kənar hesab edirlər.

Mövsüm,

AzNews.az