ABŞ-İran-İsrail müharibəsi 25-ci gündür ki, davam edir.
Tərəflərin qarşılıqlı qisas hücumları bütün şiddəti ilə davam edərkən, "The New York Times" (NYT) qəzeti Pentaqondakı mənbələrinə istinadən ABŞ-nin İrana qarşı quru əməliyyatları çərçivəsində xüsusi döyüş birliyinin yerləşdirilməsi ehtimalını nəzərdən keçirdiyini iddia edib.
Ehtiyatlı planlaşdırma mərhələsi
Xəbərdə fikirlərinə yer verilən müdafiə rəsmi şəxsləri bu addımı ordunun "fəaliyyətlərin ehtiyatlı planlaşdırılması" kimi xarakterizə ediblər. Lakin hələlik Pentaqon və ya ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən bu məsələ ilə bağlı rəsmi bir təlimatın verilmədiyi vurğulanıb.
3 min əsgərdən ibarət döyüş birliyi
İddiaya görə, söhbət təxminən 3 min əsgərdən ibarət olan və 82-ci Hava-Desant Diviziyasına bağlı döyüş birliyindən gedir. Bu birliyin İranın strateji əhəmiyyətli Xark adasını "ələ keçirmək" üçün istifadə edilə biləcəyi irəli sürülür.
Alternativ ssenari: Dəniz piyadalarının hücumu
Xəbərdə həmçinin bildirilir ki, əgər Prezident Tramp adanın tutulması barədə əmr verərsə, digər bir ehtimal da nəzərdən keçirilir. Bu, bölgəyə yaxınlaşmaqda olan 31-ci Dəniz Piyadaları Səfər Birliyindən təxminən 2500 əsgərin iştirakı ilə həyata keçiriləcək desant hücumu ola bilər.
Xark adası İranın neft ixracatının böyük hissəsinin həyata keçirildiyi əsas terminal olması baxımından müharibənin gedişatında kritik hədəf hesab olunur.
Mövsüm,
AzNews.az