Tramp və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

24 Mart 2026 17:26 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb və onunla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin Hindistandakı səfiri Sercio Qor məlumat yayıb.

"Prezident Donald Tramp indicə Baş nazir Modi ilə danışıq aparıb. Onlar Yaxın Şərqdəki cari vəziyyəti, o cümlədən Hörmüz boğazının açıq saxlanmasının vacibliyini müzakirə ediblər", - o, sosial şəbəkədə yazıb.

AzNews.az