Ötən gün Azərbaycanda itkin kimi axtarışda olan dörd nəfər tapılıb

24 Mart 2026 18:38 (UTC+04:00)

Azərbaycanda martın 23-də itkin kimi axtarışda olan dörd nəfər tapılıb.

AzNews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.