Yağıntı intensivləşəcək XƏBƏRDARLIQ

25 Mart 2026 12:30 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.