İran ABŞ-nin münaqişənin həlli təklifini rədd edib - KİV

25 Mart 2026 19:40 (UTC+04:00)

Tehran Vaşinqtonun təklifini rədd edib və münaqişənin həlli üçün beş şərt irəli sürüb.

Aznews.az xəbər verir ki, bu barədə İran rəsmisi yerli KİV-lərə deyib.

"İran müharibəni bitirmək qərarına gəldikdə və şərtləri yerinə yetirildikdə onu bitirəcək", - deyə o bildirib.

İran rəsmisi Tehranın tələbləri yerinə yetirilənə qədər müdafiəsini və zərbələrini davam etdirmək qətiyyətini vurğulayıb.

O, həmçinin qeyd edib ki, Vaşinqton Tehranın həddindən artıq və reallıqdan kənar hesab etdiyi şərtlər irəli sürür. Onun sözlərinə görə, Tehran münaqişənin həlli üçün "bütün cəbhələrdə müharibəyə hərtərəfli son qoymaq", "müharibənin təkrarlanmasının qarşısını almaq üçün zəmanətlərin yaradılması", "müharibə zərərinə görə kompensasiyanın ödənilməsinin təmin edilməsi" və "İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması" kimi şərtlər irəli sürüb.